Goranboyda silah-sursat tapılıb

Goranboyda silah-sursat tapılıb
# 14 iyun 2013 10:17 (UTC +04:00)

Bakı. Fuad Cəfərov -APA. Azərbaycanda silah-sursat tapılıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Goranboy rayonunun Yuxarı Ağcakənd kəndi ərazisindəki "Alma bağı" adlandırılan ərazidən 1 ədəd partlamayan top mərmisi və digər hərbi sursat tapılıb və zərərləşdirilməsi üçün Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin çevik əməliyyat qrupunun əməkdaşlarına təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR