Goranboyda yolu keçən piyadanı avtomobil vurub

Goranboyda yolu keçən piyadanı avtomobil vurub
# 15 dekabr 2016 20:24 (UTC +04:00)

Goranboyda piyadanı avtomobil vurub. APA-nın verdiyi məlumata görə, hadisə Goranboy şəhərində Heydər Əliyev prospektində qeydə alınıb.

Məlumata görə, “KİA” markalı avtomobil yolu keçmək istəyən rayonun Xan Qərvənd kənd sakini 1984-cü il təvəllüdlü Elşad Quliyevi vurub. Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib.

Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR