Göyçayda 46 yaşlı kişi özünü asıb

Göyçayda 46 yaşlı kişi özünü asıb
# 30 iyul 2014 10:00 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Potu kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1968-ci il təvəllüdlü İlham Yusifov yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asaraq intihar edib. Rayonda maşın ustası kimi çalışan, iki övlad atası İlham Yusifovun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR