Göyçayda 77 yaşlı kişini maşın vuraraq öldürüb

Göyçayda 77 yaşlı kişini maşın vuraraq öldürüb
# 31 avqust 2013 21:33 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov-APA. Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə avqustun 31-də axşam saat 21:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 208-ci kilometrliyində, Göyçayın Bığır kəndi ərazisində qeydə alınıb. Sürücü 1963-cü il təvəllüdlü Hacıyev İlham Feyruz oğlu idarə etdiyi 10-DH-854 dövlət nömrə nişanlı “QAZ 3110” markalı minik maşını ilə yolu keçən piyadanı - Bığır kənd sakini 1936-cı il təvəllüdlü Qafarov Nazim Qafar oğlunu vurub. 77 yaşlı kişi aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR