Göyçayda avtomobil 75 yaşlı piyadanı vurub

Göyçayda avtomobil 75 yaşlı piyadanı vurub
# 25 avqust 2013 19:29 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov-APA. Bakı-Şamaxı-Yevlax yolunda piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə bu gün saat 14:00 radələrində magistral yolun 215-ci kilometrliyində, Göyçay şəhəri ərazisində qeydə alınıb. Rayonun Qarabaqqal kənd sakini, 1987-ci il təvəllüdlü Abdürrəhmanov Rövşən Xanlar oğlu idarə etdiyi 23-BE-297 dövlət nömrə nişanlı “FİAT” markalı minik maşını ilə yolu keçən piyadanı-Göyçay şəhər sakini, 1938-ci il təvəllüdlü Manafov Akif Manaf oğlunu vurub. Akif Manafov aldığı ağır bədən xəsarətləri səbəbindən hadisə yerində dünyasını dəyişib.

Akif Manafov uzun illərdir ki, “Azərlotoreya” Şirkətinin lotoreyalarının satışı ilə məşğul olurub. İlkin ehtimala görə, hadisə piyadanın diqqətsizliyindən baş verib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR