Göygöl rayon sakini sirkə turşusundan zəhərlənib

Göygöl rayon sakini sirkə turşusundan zəhərlənib
# 15 sentyabr 2015 17:34 (UTC +04:00)

Göygöl. Azər Məmmədli – APA. Göygöldə zəhərlənmə hadisəsi qeydə alınıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb. Kənd sakini 1969-cu il təvəllüdlü Ulduz Mehdiyeva sirkə turşusu içərək ağır dərəcədə zəhərlənib. O, dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. U. Mehdiyevanın hansı məqsədlə sirkə turşusu içməsi hələ ki, məlum deyil.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR