Göygöldə 17 yaşlı oğlan bıçaqlanıb

Göygöldə 17 yaşlı oğlan bıçaqlanıb
# 06 avqust 2013 08:55 (UTC +04:00)

Göygöl. Azər Məmmədli – APA. Göygöldə yeniyetmələrin mübahisəsi bıçaqlanma ilə nəticələnib. Göygöl rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə ötən gecə rayonun Üçtəpə kəndində baş verib. Kənd sakini 1996-cı il təvəllüdlü Sərxan Musayev şəxsi münasibətlər zəminində həmkəndlisi, 17 yaşlı Xəzər Qaraisayevi bıçaqlayıb. X. Qaraisayev döş və qarın nahiyəsinin çoxsaylı kəsilmiş-deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR