Göygöldə 20 yaşlı gənc bıçaqlanıb

Göygöldə 20 yaşlı gənc bıçaqlanıb
# 01 yanvar 2017 20:22 (UTC +04:00)

Göygöldə bıçaqlanma olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Molla Cəlili kənd sakini, 1996-cı il təvəllüdlü Nəsibov Məstalı Yusif oğlu qarın nahiyəsinin kəsilmiş deşilmiş yarası xəsarətləri ilə Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdirilib. O dərhal əməliyyat edilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə M. Nəsibov mübahisə zəminində tanışı tərəfindən bıçaqlanıb.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR