Güclü qar Lənkəran-Lerik yolunda çətinliklər yaradıb

Güclü qar Lənkəran-Lerik yolunda çətinliklər yaradıb
# 28 yanvar 2017 08:00 (UTC +04:00)

Güclü qar Lənkəran-Lerik yolunda çətinliklər yaradıb. APA-nın cənub bürosunun xəbərinə görə, bu barədə Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov məlumat verib.

Yağıntı rayonun bütün yaşayış məntəqələrini əhatə edib. Belə ki, qarın hündürlüyü ucqar ərazilərdə 20-25 sm, Lerik şəhərində isə 10-14 sm təşkil edib. Qar əsasən Lənkəran-Lerik şosesində ciddi problemlər yaradıb. Əraziyə 43 saylı rayon Yol-İstismar Sahəsinin işçi qüvvəsi və ağır texnikası cəlb olunub. Yolda avtomaşınların hərəkəti bərpa olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Hidrometeoroloji Müəssisəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, cənub bölgəsində qeyri-sabit hava şəraiti ayın sonuna kimi davam edək. Hazırda yüksək dağlıq ərazilərdə temperaturun mənfi 8 dərəcəni göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR