Hacıqabulda sərxoş sürücü avtomobili aşırıb

Hacıqabulda sərxoş sürücü avtomobili aşırıb
# 08 may 2017 17:09 (UTC +04:00)

Hacıqabulda avtomobili sərxoş vəziyyətdə idarə edən sürücü qəza törədib, sərnişin xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul şəhəri ərazisində avtomobil aşıb. Nəticədə avtomobildə olan sərnişin Meyniman kənd sakini, 1972-ci il təvəllüdlü Əliyev Mikayıl Vəlixan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Hacıqabul rayon xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR