Hacıqabulda qəbiristanlıqda silah tapılıb

Hacıqabulda qəbiristanlıqda silah tapılıb
# 31 may 2017 14:35 (UTC +04:00)

Hacıqabulda qəbiristanlıqdan silah tapılıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, xidmətin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.

Penitensiar Xidməti Baş İdarəsinin, Bakı İstintaq təcridxanasının və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatlarının Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin və Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Hacıqabul şəhər qəbiristanlığında torpağa basdırılmış 1 ədəd “PSM” markalı tapança aşkarlanaraq götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR