Hava şəraiti ilə əlaqədar Bakı-Kiyev-Bakı aviareyslərini yerinə yetirmək mümkün olmur

Hava şəraiti ilə əlaqədar Bakı-Kiyev-Bakı aviareyslərini yerinə yetirmək mümkün olmur
# 25 mart 2013 08:54 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Ukrayna paytaxtında güclü qar yağması nəticəsində Bakı-Kiyev-Bakı aviareysləri yerinə yetirilməyib. Heydər Əliyev beynəlxalq aeroportundan “APA-Economics”ə verilən məlumata görə, martın 24-də “Ukraine İnternational Airlines” (UİA) aviaşirkəti əlverişsiz hava şəraiti səbəbindən Kiyev-Bakı aviareysi üzrə uçuşu yerinə yetirə bilməyib və bu səbəbdən aviaşirkətin Bakı-Kiyev aviareysi üzrə də uçuşu da həyata keçirilməyib.


Bundan başqa, bu gün saat 09:35-də yerinə yetirilməli olan “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Kiyev aviareysi üzrə uçuşu da təxirə salınıb.

Qeyd edək ki, AZAL Bakıdan Kiyevə hər həftənin II, IV və VI günləri, UIA isə III, V və VII günləri uçur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR