Hilal Məmmədovun məhkəmə istintaqı başa çatıb - FOTO

Hilal Məmmədovun məhkəmə istintaqı başa çatıb - <span style="color: red;">FOTO
# 21 avqust 2013 09:13 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində “Tolişi Sədo” qəzetinin həbsdə olan təsisçisi və baş redaktoru Hilal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Vəkil Cavad Cavadlının APA-ya verdiyi məlumata görə, prosesdə məhkəmə istintaqının yekunlaşması barədə qərar qəbul edilib. Dövlət ittihamçısı çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib.

Proses sentyabrın 4-də davam etdiriləcək.


Hilal Məmmədov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və satma) maddələri ilə təqsirləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR