Sərnişin avtobusunun dərəyə aşması nəticəsində 23 nəfər ölüb

Sərnişin avtobusunun dərəyə aşması nəticəsində 23 nəfər ölüb
# 11 may 2015 11:32 (UTC +04:00)

APA-nın “TASS”-a istinadən verdiyi məlumata görə, hadisə bu gün Cammu və Kəşmir vilayətində baş verib. Nəqliyyat vasitəsi yoldan çıxaraq 60 metr hündürlükdən dərəyə aşıb. Hadisə nəticəsində 23 nəfər ölüb, 35-dən çox sərnişin xəsarət alıb. Xəsarət alanlardan 6-sı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

İlkin ehtimala görə, hadisə sürücünün idarəetməni itirməsi nəticəsində baş verib. Hadisə yerində xilasetmə əməliyyatları davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR