Hüquq müdafiəçiləri polis şöbələrində monitorinq keçiriblər

Hüquq müdafiəçiləri polis şöbələrində monitorinq keçiriblər
# 05 sentyabr 2014 13:40 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Kürdəmir, Ucar və Zərdab Rayon polis şöbələrinin müvəqqəti saxlanma yerlərində monitorinq keçiriblər.

Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, monitorinq zamanı hər hansı qanun pozuntusu aşkar edilməyib: “Bizə qeyri-insani rəftar və işgəncə ilə bağlı şikayət edən olmadı. Hər şey qaydasındadır. Daxili işlər naziri Ramil Usubovun göstərişi ilə inzibati qaydada həbs olunan şəxslərin barələrində tibbi kartlar açılır və orada onların bütün xəstəlikləri, saxlanılan zaman bədənlərdə hər hansı xəsarət varsa qeyd edilir. Bu bir yenilikdir. İndiyə kimi yalnız cinayət işi ilə bağlı həbs edilənlərə tibbi kartlar açılırdı”.

E. Behbudov monitorinqin davam etdiyini, gün ərzində Ağcabədi, Beyləqan və İmişli rayon polis şöbələrinin müvəqqəti saxlanma yerlərində monitorinq keçirəcəklərini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR