Hüquq müdafiəçiləri polis şöbələrində monitorinq keçiriblər

Hüquq müdafiəçiləri polis şöbələrində monitorinq keçiriblər
# 13 fevral 2015 12:20 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov bir sıra polis şöbələrinin müvəqqəti saxlanma yerində monitorinq keçiriblər.

Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, monitorinq zamanı ciddi qanun pozuntusu aşkar edilməyib: “Xırda nöqsanları nəzərə almasaq, hər hansı ciddi pozuntu aşkar edilmədi. Kürdəmir, Ucar, Yevlax, Mingəçevir, Gəncə, Samux, Goranboy, Tərtər, Bərdə rayon polis şöbələrinin müvəqqəti saxlanma yerlərində olduq. Goranboyda Polis Şöbəsinin müvəqqəti saxlanma yeri, Mingəçevirdə Polis Şöbəsi üçün inzibati bina tikilir. Monitorinq zamanı kameraların şəraiti, istilik sisteminin olub-olmamasını da yoxladıq. Hər şey qaydasındadır”.

E. Behbudov saxlanılan şəxslərin əsasən dələduzluq, oğurluq və narkotik cinayətləri törətdiklərini də deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR