Hüquq müdafiəçiləri polis şöbələrində monitorinq keçiriblər

Hüquq müdafiəçiləri polis şöbələrində monitorinq keçiriblər
# 08 sentyabr 2015 14:08 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov köməkçiləri - Rövşən Məmmədov və İqbal Mirzəyevlə birlikdə bir sıra polis şöbələrinin müvəqqəti saxlanma yerlərində monitorinq keçiriblər.

Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, Biləsuvar, Cəlilabad, Masallı rayon və Lənkəran şəhər Polis Şöbəsinin müvəqqəti saxlanma yerində keçirilən monitorinq zamanı işgəncə və qeyri-insani rəftarla bağlı şikayət edən olmayıb: “Monitorinqi keçirməkdə məqsədimiz saxlanılan şəxslərə qarşı münasibət və saxlanma şəraiti ilə tanış olmaqdan ibarət idi. İşgəncə və qeyri-insani rəftarla bağlı şikayət edən olmasa da bəzi xırda nöqsanlar var. Həmin məsələləri də biz polis şöbələrinin rəislərinə çatdırmışıq, onlar aradan qaldırılacaq”.

E. Behbudov bundan əlavə, Cəlilabad və Masallı rayon polis şöbələrində seminar keçirdiklərini deyib: “Polis əməkdaşları üçün “polis və vətəndaş münasibətləri” mövzusunda seminar keçirdik. Hər iki seminarda kifayət qədər polis əməkdaşı iştirak edirdi. Seminarda iştirak edən polislərin sualları tərəfimizdən cavablandırıldı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR