Hüquq müdafiəçinə 17 saylı müəssisədə məhkumların kütləvi aclığa başlamaları barədə müraciət edilib

Hüquq müdafiəçinə 17 saylı müəssisədə məhkumların kütləvi aclığa başlamaları barədə müraciət edilib
# 15 mart 2013 14:36 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən bir neçə məhkumun ailə üzvləri bizim komitəyə oradakı vəziyyətlə bağlı şikayət ediblər. Bildirilib ki, vəziyyətə etiraz olaraq saxlanılan şəxslər kütləvi şəkildə aclıq aksiyasına başlayıblar”. Bu barədə APA-ya açıqlamasında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov deyib. E. Behbudov bildirib ki, həmin şəxslərin şikayətləri ilə bağlı ədliyyə naziri Fikrət Məmmədova müraciət edəcək: “Mən Fikrət Məmmədova məktubla müraciət edəcəyəm ki, bizə bu cür şikayətlər daxil olur”.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə APA-ya açıqlamasında bildirib ki, 17 saylı cəzaçəkmə müəssisindəki vəziyyətlə bağlı bütün məlumatlar mətbuatda işıqlandırılıb: “Həmin informasiyalardan artıq bir söz demək və belə bir insanın fikrilərini şərh etmək istəmirəm. Əgər hansısa bir müəssisədən kiminsə şikayəti varsa, bu şikayət digər yerə yox, aidiyyatı quruma edilməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR