Araz çayında batan İmişli sakininin cəsədi tapılıb - YENİLƏNİB

Araz çayında batan İmişli sakininin cəsədi tapılıb - <span style="color: red;">YENİLƏNİB
# 17 iyun 2018 07:19 (UTC +04:00)

İyunun 16-da Araz çayının İmişli rayonunun Göbəktala kəndi ərazisindən keçən hissəsində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 180 km aralı, nəzarətsiz ərazidə) batdığı ehtimal olunan 1983-cü il təvəllüdlü İmanov Nizaməddin Kamal oğlunun axtarışları başa çatıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, N.İmanovun cəsədi Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

saat 00.17

İmişli rayon sakini, 1983-cü il təvəllüdlü İmanov Nizaməddin Kamal oğlu Göbəktala kəndi ərazisində Araz çayında çimərkən boğulub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hazırda Т.İmanovun batdığı yerdə FHN xilasediciləri tərəfindən axtarışlar davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR