İmişlidə avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var

İmişlidə avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var
# 28 may 2017 20:08 (UTC +04:00)

İmişli rayonunda yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, “VAZ 2106” markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirib və maşın dirəyə çırpılıb.

Qəza zamanı sürücü, Cavadxan kənd sakini, 1964-cü il təvəllüdlü Nəcəfov Elman Hafiz oğlu və bacısı, 1955-cı il təvəllüdlü Əyyubova Fatma Hafiz qızı müxtəlif bədən xəsarətləri alaraq İmişli rayon Mərkəzi Xəstəxanaya yerləşdiriliblər.

Vəziyyətlərinin normal olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR