İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib

İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib
# 27 sentyabr 2014 11:40 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 26-da saat 23 radələrində İmişli rayonunun Çaxırlı kəndində kənd sakini Fuad Abayev idarə etdiyi “VAZ-2105” markalı avtomobili yolun kənarında tikilmiş evin hasarına vurub. Sürücü və onun sərnişini Nicat Məmmədov xəstəxanaya yerləşdirilib. N. Məmmədov orada ölüb.

İmişli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR