İmişlidə yanacaqdoldurma məntəqəsinə basqın olub

İmişlidə yanacaqdoldurma məntəqəsinə basqın olub
# 02 mart 2013 10:00 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda yanacaqdoldurma məntəqəsinə basqın olub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 1-də saat 04.00 radələrində İmişli şəhərindəki yanacaqdoldurma məntəqəsinə gələn naməlum şəxs, orada operator işləyən rayon sakini Emin Hüseynovun ağzını və əl-qolunu yapışqanlı lentlə bağlayıb, cibindəki 380 manat pulu götürərək hadisə yerindən gedib. Görülən tədbirlər nəticəsində hadisəni törədən Füzuli rayon sakini, əvvəllər məhkum olunan Anar Hümbətzadə İmişli-Bakı sərnişin qatarında Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR