İranda tanınmış azərbaycanlı fəal həbs edilib

İranda tanınmış azərbaycanlı fəal həbs edilib
# 23 avqust 2013 09:22 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. İranda tanınmış azərbaycanlı fəal həbs edilib. APA-nın “Oyannews”a istinadən məlumatına görə, Mənsur Seyfi avqustun 22-də günortadan sonra Meşkinşəhr (Xiyov) şəhərində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub. Azərbaycanlı fəalın həbsinin səbəbləri və onun harada saxlanılması ilə bağlı heç bir məlumat yoxdur.

Qeyd edək ki, bu il iyulun 24-də ETTELAAT əməkdaşları M. Seyfini həbs etmək üçün onun şəxsi mənzilinə getsələr də, ancaq azərbaycanlı fəal evdə olmadığından onu həbs etmək mümkün olmayıb. Bundan əvvəl M. Seyfi 2009-cu il mayın 31-də İlqar Müəzzinzadə və Fərdin Nobəxtlə birlikdə Xiyov şəhərində həbs edilib və 38 günlük həbs həyatından sonra iyulun 4-də 30 milyon tümən zəmanətlə azadlığa buraxılıb. Daha sonra Xiyov İnqilab Məhkəməsi azərbaycanlı fəalı hakimiyyət əleyhinə təbliğat aparmaqda ittiham edərək 9 ay azadlıqdan məhrum edib. M. Seyfi həmçinin 2010-cu il aprelin 2-də Urmiya gölü etirazları zamanı Şəhid Kələntəri körpüsündə də həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR