İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyən şəxslərin məhkəməsi başlayıb

İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyən şəxslərin məhkəməsi başlayıb
# 29 iyun 2015 13:37 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə təqsirləndirilən Elçin Mehdiyev, Nərgiz Cəfərova və Güllü Atakişiyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası iyulun 1-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər İrandan Azərbaycan narkotik vasitə keçirmək istəyərkən saxlanılıblar. Onlar Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin təkrar qaçaqmalçılığı), 234.4.1-ci (narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma, təkrar törətmə) maddələri ilə ittiham edilirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR