İrandan gələn Azərbaycan vətəndaşında narkotik vasitə aşkarlanıb

İrandan gələn Azərbaycan vətəndaşında narkotik vasitə aşkarlanıb
# 03 iyul 2014 12:06 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. İrandan Azərbaycana narkotik vasitə gətirilməsinin qarşısı alınıb. Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.

 

Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan piyada yolla Azərbaycana gələn Azərbaycan vətəndaşı Elşad Fətullayevin üzərində şəxsi yoxlama aparılıb.

 

Yoxlama zamanı gömrük əməkdaşları ondan iki ədəd bağlamada, xalis çəkisi 149,786 qram olan tiryək və xalis çəkisi 28,778 qram olan psixotrop maddə - metamfetamin aşkarlayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR