İsmayıllıda 10 gün əvvəl qəzaya düşmüş şəxs xəstəxanada ölüb

İsmayıllıda 10 gün əvvəl qəzaya düşmüş şəxs xəstəxanada ölüb
# 06 oktyabr 2017 10:05 (UTC +04:00)

İsmayıllıda 10 gün əvvəl qəzaya düşmüş şəxs xəstəxanada ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 27-də saat 17.00 radələrində İsmayıllı rayonu ərazisində Şəki rayon sakini Hafiz Abdulkərimov idarə etdiyi VAZ-21099 markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə xəsarət alan sürücü və sərnişini - atası Şəfayət Abdulkərimov xəstəxanaya yerləşdirilib. Ş. Abdulkərimov orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR