İsmayıllıda maşın biri polis əməkdaşı olmaqla iki piyadanı vurub, ölən və xəsarət alan var

İsmayıllıda maşın biri polis əməkdaşı olmaqla iki piyadanı vurub, ölən və xəsarət alan var
# 13 noyabr 2012 09:14 (UTC +04:00)

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki yolunun 25-ci kilometrliyində, İsmayıllı şəhərinin Ələkbərzadə küçəsi ilə kəsişmədə qeydə alınıb. İsmayıllı şəhər sakini, 1989-cu il təvəllüdlü Məlikov Vüqar Xalid oğlu 90-LO-360 dövlət nömrə nişanlı “VAZ 21154” markalı minik maşını ilə yüksək sürətlə hərəkətdə olarkən yolu keçən piyadaları -İsmayıllı rayon Polis Şöbəsinin post patrul xidmətinin əməkdaşı, polis serjantı 1989-cu il təvəllüdlü Faxtiyev Fuad Əliyar oğlunu və onun əmisi oğlu 1986-cı il təvəllüdlü Faxtiyev Mərdan Ramiz oğlunu vurub. Hadisə nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan hər iki şəxs İsmayıllı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Aldığı ağır bədən xəsarətləri səbəbindən Mərdan Faxtiyev xəstəxanada dünyasını dəyişib, polis əməkdaşının vəziyyəti isə orta-ağır olaraq qalır.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR