İstintaq orqanının qətl törədən şəxslə bağlı apellyasiya protesti təmin edilməyib

İstintaq orqanının qətl törədən şəxslə bağlı apellyasiya protesti təmin edilməyib
# 06 avqust 2013 08:47 (UTC +04:00)

APA-nın məlumatına görə, prosesdə qərar elan olunub. Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

İttihama görə, Əhmədağa Şıxəliyev tanışı Fərəc Dadaşovu bıçaqla qətlə yetirib, sonra isə polisə könüllü təslim olub. Dindirmələr zamanı Ə.Şıxəliyev qətli pul üstündə törətdiyini bildirib.



Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə. Şıxəliyev barəsində tibbi xarakterli məcburi müalicə tətbiq edilib, iş üzrə icraat dayandırılıb. Məhkəmə hökm çıxararkən Əhmədağa Şıxəliyevin hadisəni anlaqsız vəziyyətdə törətməsini əsas götürüb. Bundan narazı qalan prokuror isə hökmün dəyişdirilməsi üçün apellyasiya protesti verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR