İstintaq təcridxanasına qadağan olunmuş vasitələrin keçirilməsinin qarşısı alınıb

İstintaq təcridxanasına qadağan olunmuş vasitələrin keçirilməsinin qarşısı alınıb
# 04 fevral 2015 09:12 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində istintaq təcridxanasına qadağan olunmuş vasitələrin keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.3.2, 326.1, 326.2 və 66.3 maddələrinə əsasən 12 il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda 3 saylı İstintaq təcridxanasında saxlanılan məhkum Mübariz Çingiz oğlu Bağırovun yanına qısamüddətli görüşə gəlmiş dayısı Bakir Bəylər oğlu Hüseynovun üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman 2 ədəd qurudulmuş çörəyin içərisində xüsusi üsulla sellofana bükülərək gizlədilmiş 2 ədəd mobil telefon aparatı aşkar olunaraq götürülüb.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR