Jurnalist Fərahim İlqaroğlunun döyülməsi ilə bağlı cinayət işi üzrə məhkəmənin başlama vaxtı məlum olub

Jurnalist Fərahim İlqaroğlunun döyülməsi ilə bağlı cinayət işi üzrə məhkəmənin başlama vaxtı məlum olub
# 12 sentyabr 2014 11:08 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Jurnalist Fərahim İlqaroğlunun döyülməsi faktı ilə bağlı cinayət işi üzrə məhkəmənin başlanacağı vaxt məlum olub.

Bu barədə APA-ya məlumat verən F. İlqaroğlu bildirib ki, ona baş prokurorun müavini Rüstəm Usubovun imzası ilə məktub göndərilib: “Həmin məktubda cinayət işi üzrə materialların Nizami Rayon Məhkəməsinə göndərildiyi qeyd edilib. Nizami rayon Məhkəməsindən isə mənə prosesin sentyabrın 16-da saat 12:00-da başlaması barədə bildiriş gəlib”.

F. İlqaroğlu məhkəmədə hüquqlarının vəkillər - Elçin Sadıqov və Vaqif Hüseyn tərəfindən müdafiə olunacağını bildirib.

Qeyd edək ki, aprelin 25-də F. İlqaroğlu naməlum şəxslər tərəfindən evinin qarşısında döyülüb. Hadisədən sonra cinayət işi başlanılıb və Feyruz Termişi təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Onun barəsində həbs qətimkan tədbiri seçilib. F. Termişi Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsinə əsasən ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR