Kəlbəcər sakini Gəncədə bıçaqlanıb

Kəlbəcər sakini Gəncədə bıçaqlanıb
# 20 yanvar 2017 23:38 (UTC +04:00)

Gəncədə bıçaqlanma olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncədə məcburi köçkünlər üçün salınan şəhərcikdə yaşayan Kəlbəcər rayon sakini, 1992-ci il təvəllüdlü Azər Abbasov sağ sarğı, alın və ənsə nahiyəsinin kəsilmiş deşilmiş yarası xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. A.Abbasovun sözlərinə görə, o, evə gedən zaman bir neçə nəfər tərəfindən hücuma məruz qalıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR