Kəlbəcərdən olan məcburi köçkün evində döyülüb

Kəlbəcərdən olan məcburi köçkün evində döyülüb
# 10 iyun 2018 01:45 (UTC +04:00)

Gəncədə məcburi köçkünlər üçün salınan yeni qəsəbədə döyülmə faktı qeydə alınıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Kəlbəcərdən olan məcburi köçkün, 1995-ci il təvəllüdlü Süleymanov Elnur Tofiq oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. E. Süleymanovun sözlərinə görə, o yaşadığı evdə tanıdığı iki nəfər tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR