Külək Samuxun bir neçə kəndini enerjisiz qoyub

Külək Samuxun bir neçə kəndini enerjisiz qoyub
# 21 iyul 2014 10:10 (UTC +04:00)

Samux. Azər Məmmədli - APA. Ötən gün Samux rayonunda əsən güclü külək rayonun elektrik enerjisi ilə təminatında fasilələr yaradıb.

Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Tahir Qarayevin APA-nın qərb bürosuna verdiyi məlumata görə, külək rayonun təxminən 8 kəndinə gedən elektrik xətlərini sıradan çıxarıb.

Onun sözlərinə görə, bu gün səhərdən başlayaraq küləyin yaratdığı fəsadlar aradan qaldırılır: “Külək şəxsi təsərrüfatlara heç bir ziyan vurmayıb”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR