Kür çayında boğulan azyaşlının meyiti tapılıb

Kür çayında boğulan azyaşlının meyiti tapılıb
# 01 avqust 2013 07:59 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ötən gün Kür çayında boğulan azyaşlının meyiti tapılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qazax rayonu, Aşağı Salahlı kəndi ərazisindən keçən hissəsində 2008-ci il təvəllüdlü Məhəmməd Elməddin oğlu Paşayevin axtarışları başa çatıb.

M.Paşayevin meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR