Kürdəmir sakini ehtiyatsızlıq nəticəsində avtobusun altında qalaraq ağır xəsarət alıb

Kürdəmir sakini ehtiyatsızlıq nəticəsində avtobusun altında qalaraq ağır xəsarət alıb
# 25 mart 2013 20:51 (UTC +04:00)

Kürdəmir. Zahid Abışov – APA. Kürdəmir sakini ehtiyatsızlıq nəticəsində ağır xəsarət alıb. APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Bakı – Qazax yolunun 180–cı kilometrliyində, Kürdəmir rayonunun Ərşəli kəndi ərazisində qeydə alınıb. Belə ki, Türkiyə vətəndaşına məxsus avtobusun təkərlərində baş verən nasazlığı aradan qaldırmaq üçün əraziyə çağırılan 1969–cı il təvəllüdlü Vüqar Babaşov avtobusu qaldırıcı kran vasitəsi ilə qaldırarkən qaldırıcı kranda nasazlıq yaranıb, nəticədə V. Babaşov avtobusun altında qalaraq ağır bədən xəsarətləri ilə Kürdəmir mərkəzi rayon xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır olduğundan paytaxt xəstəxanalarından birinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR