Kürdəmirdə 22 yaşlı qadın intihar edib

Kürdəmirdə 22 yaşlı qadın intihar edib
# 15 avqust 2015 12:37 (UTC +04:00)

Kürdəmir. Zahid Abışov - APA. Kürdəmirdə intihar hadisəsi baş verib. APA- nın yerli bürosunun məlumatına görə, dünən axşam saatlarında Kürdəmir rayonunun Xırdapay kənd sakini, 1993-cü il təvəllüdlü Elgün Hacıyeva sirkə turşusu içərək intihara cəhd edib.

E. Hacıyeva təcili olaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Zərərçəkənə ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti kəskin ağır olduğundan müalicə üçün Bakıdakı xəstəxanalardan birinə göndərilib. Qadın bu gün xəstəxanada dünyasını dəyişib. İlkin məlumata görə, intihara ailə münaqişəsi səbəb olub. Hadisənin dəqiq baş vermə səbəbi Rayon Prokurorluğu tərəfindən araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR