Kürdəmirdə fərdi evdə yanğın olub

Kürdəmirdə fərdi evdə yanğın olub
# 03 avqust 2015 20:07 (UTC +04:00)

Bakı-APA. Kürdəmirdə yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Kürdəmir rayonu, Mürsülü kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan kürsülü 1 mərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 72 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR