Lənkəran sakininin əkin sahəsində güclü yanğın baş verib

Lənkəran sakininin əkin sahəsində güclü yanğın baş verib
# 17 iyun 2016 12:01 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda güclü yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, yanğın bu gün saat 11.00 radələrində rayonun Qumbaşı kəndi ərazisində, 1961-ci il təvəllüdlü Ehtiram Həmdulla oğlu Həbibova məxsus əkin sahəsində qeydə alınıb. Hadisə yerinə dərhal yanğınsöndürən maşın və canlı qüvvə göndərilib. Onların səyləri nəticəsində yanğının genişlənməsinin qarşısı alınıb.

Hadisə zamanı xəsarət alan olmasa da, E. Həbibova məxsus 1 hektar biçilməmiş taxıl zəmisi, 0,5 hektar pomidor sahəsi, eləcə də 1 hektar sahədə kol-kos yanıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR