Lənkəranda “Kamaz” aşıb, sürücü xəsarət alıb

Lənkəranda “Kamaz” aşıb, sürücü xəsarət alıb
# 09 sentyabr 2014 18:21 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə sentyabrın 9-da axşam saatlarında rayonun Boladi kəndi ərazisində qeydə alınıb. Cəlilabad rayonunun Göytəpə şəhər sakini, 1969-cu il təvəllüdlü İbiş Ələm oğlu Mehdiyevin idarə etdiyi “KamAZ” markalı yük maşını qəfildən idarəetməni itirərək yolun kənarına aşıb. Güclü zərbədən maşın deformasiyaya uğrayıb, sürücü isə nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.


Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə İ.Mehdiyevi avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Bədən xəsarətləri almış sürücüyə xəstəxanada lazımi tibbi yardım göstərilib və hazırda vəziyyəti qənaətbəxşdir.


Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR