DİN Lənkəranda avtomobilin bir ailənin üç üzvünü vurması ilə bağlı məlumat yayıb

DİN Lənkəranda avtomobilin bir ailənin üç üzvünü vurması ilə bağlı məlumat yayıb
# 06 fevral 2015 10:21 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Masallı rayon sakini avtomobillə üç nəfəri vurub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, fevralın 5-də saat 20:00 radələrində Lənkəran rayonunun Şıxəkəran kəndində Masallı rayon sakini Saleh Rzayev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən kənd sakinləri Oruc Rəhimovu, onun arvadı Elnarəni və qızı Tünzaləni vurub. Nəticədə Tünzalə hadisə yerində ölüb, O.Rəhimov və Elnarə xəstəxanaya yerləşdiriliblər.

Lənkəran Şəhər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR