Lənkəranda avtomobil maneəyə çırpılıb, sürücü ölüb

Lənkəranda avtomobil maneəyə çırpılıb, sürücü ölüb
# 25 mart 2016 14:14 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə martın 25-də saat 15:40 radələrində rayonun Darquba kəndi ərazisində qeydə alınıb. Lənkəran şəhər sakini, 1993-cü il təvəllüdlü Nəriman Seyran oğlu Məmmədlinin idarə etdiyi “VAZ-21015” markalı, 42 BS753 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılıb. Güclü zərbə nəticəsində çoxsaylı bədən xəsarətləri alan sürücü hadisə yerində dünyasını dəyişib.

Mərhumun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR