Lənkəranda azyaşlı piyadanı maşın vurub

Lənkəranda azyaşlı piyadanı maşın vurub
# 14 sentyabr 2014 19:33 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə sentyabrın 14-də saat 17.00 radələrində Lənkəran-Boradigah şose yolunun rayonun Vilvan kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1967-ci il təvəllüdlü Sevil Hümbət qızı Abbasova idarə etdiyi “Nissan Exstra” markalı, 99 GD 176 dövlət nömrə nişanlı minik avtomobili ilə yolu keçmək istəyən piyada, Vilvan kənd sakini, 2003-cü il təvəllüdlü Zəkəriyyə Məhəmməd oğlu Məmmədovu vurub. Azyaşlı dərhal Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Hadisəni törətmiş sürücü saxlanılaraq istintaqa cəlb olunub.

Faktla bağlı Lənkəran Şəhər Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR