Lənkəranda iki avtomobil toqquşub, xəsarət alanlar var

Lənkəranda iki avtomobil toqquşub, xəsarət alanlar var
# 18 iyun 2018 20:56 (UTC +04:00)

Lənkəranda yol qəzası olub.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Qəza zamanı “10-LX-307” və “42-BJ-999” dövlət nömrə nişanlı iki "Mercedes" markalı minik avtomobili toqquşub. Nəticədə iki nəfər xəsarət alıb.

Bunlar Masallı rayonunun Boradig qəsəbə sakini, 1986-cı il təvəllüdlü Cavid Rafiq oğlu Novruzov və Lənkəran sakini, 1996-cı il təvəllüdlü Elvira Adıgözəl qızı Əlizadədir.

Yaralılardan C. Novruzovun vəziyyəti yüngül olduğundan ona hadisə yerində yardım göstərilib. E. Əlizadə isə təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR