Lənkəranda ikiotaqlı evdə yanğın olub

Lənkəranda ikiotaqlı evdə yanğın olub
# 30 yanvar 2018 17:20 (UTC +04:00)

Lənkəranda ikiotaqlı evdə yanğın olub. APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Qurumba kəndində qeydə alınıb. Kənd sakini 1969-cu il təvəllüdlü Azadə Haqverdi qızı Cahangirovaya məxsus iki otaqlı evin bir otağı yanıb. Yanğın ümumi sahəsi 72 kvadrat metr olan yaşayış evinin 32 kvadrat metr hissəsini əhatə edib.

Hadisə yerinə iki yanğın söndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. Evin digər hissəsi isə yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR