Lənkəranda maşın oğurluğu ilə məşğul olan şəxslər tutulub

Lənkəranda maşın oğurluğu ilə məşğul olan şəxslər tutulub
# 08 may 2013 11:24 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda maşın oğurluğu ilə məşğul olan şəxslər yaxalanıb. APA-nın cənub bürosunun məlumatına görə, bu, Lənkəran Şəhər-Rayon Polis Şöbəsi (ŞRPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mümkün olub. Belə ki, mayın 4-də rayon sakini Yadigar Əliyevə məxsus “VAZ-21074” markalı avtomobilin oğurlanması ilə əlaqədar polis şöbəsinə daxil olmuş ərizəyə müvafiq olaraq əməliyyat-axtarış tədbirlərinə başlanıb. Şəhər sakinləri, əvvəllər məhkum olunmuş Tərlan Səmədov və İlham Həsənli isti izlərlə şübhəli şəxs qismində saxlanılaraq istintaq orqanlarına təhvil verilib. İlkin araşdırmalardan sonra yaxalanmış şəxslər tərəfindən rayon sakinləri Seyfullabəy Mirzəzadəyə məxsus "VAZ-21115" markalı avtomaşının, Dəyanət Tahirova məxsus "VAZ-2106" markalı avtomaşından maqnitofonunun oğurlamaları, eləcə də Natiq Abbasova, Fəzayıl Abbasova, Hafiz Quliyevə və Ədalət Qasımova məxsus "VAZ" markalı avtomaşınların isə qaçırmaları faktları müəyyən edilib.

Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR