Lənkəranda taksi sürücüsü qətlə yetirilib - FOTO - VİDEO

Lənkəranda taksi sürücüsü qətlə yetirilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 01 avqust 2015 11:40 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Azərbaycanın Lənkəran şəhərində qətl hadisəsi törədilib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə avqustun 1-də günorta saatlarında şəhərin mikrorayon ərazisində qeydə alınıb. Məmməd adlı taksi sürücüsü aralarında olan şəxsi münaqişə zəminində həmkarı, Lənkəran şəhər sakini, 1975-ci il təvəllüdlü Vüqar Vaqif oğlu Əsgərova ürək, qarın boşluğu və digər nahiyələrdən 4 bıçaq zərbəsi vurub.

Yaralı çatdırıldığı Lənkəran Mərkəzi Rayon Xəstəxanasında keçinib.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları qətli törətmiş şəxsin yaxalanması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri görürlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR