Lənkəranda tikintidə ölüm hadisəsi baş verib

Lənkəranda tikintidə ölüm hadisəsi baş verib
# 16 sentyabr 2014 10:12 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Azərbaycanda tikintidə ölüm hadisəsi baş verib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Lənkəran şəhərində qeydə alınıb. Şəhər sakini Əlövsət Axundov fəhlə işlədiyi inşa edilən binanın 3-cü mərtəbəsindən yıxılaraq dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR