Lənkəranda yol qəzasında bir nəfər yaralanıb

Lənkəranda yol qəzasında bir nəfər yaralanıb
# 24 avqust 2013 17:36 (UTC +04:00)

Lənkəran Ağəddin Babayev – APA. Lənkəranda bir nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) növbətçi hissəsindən APA-nın Cənub bürosuna verilən məlumata görə, hadisə avqustun 24-də saat 14.00 radələrində Lənkəran–Lerik şosesinin 10-cu kilometrliyində - rayonun Qurumba kəndindən keçən hissəsində qeydə alınıb. Lənkəran rayonunun Şağlaküçə kənd sakini, 30 yaşlı Əyyub Allahverdiyevin idarə etdiyi “Mercedes” markalı avtomobil Lənkəran istiqamətində hərəkətdə olarkən, əks istiqamətdə hərəkətdə olan Lənkəran rayonunun Şilavar kənd sakini Elxan Hüseynovun idarə etdiyi “VAZ-21012” markalı minik avtomobili ilə toqquşub. Zərbənin gücündən “VAZ -21012” markalı avtomaşın çevrilib.

Baş verən yol-nəqliyyat hadisəsi zamanı “Mersedes”in sürücüsü Əyyub Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Hadisənin baş verməsinə ilkin səbəb kimi hər iki avtomobilin yüksək sürətlə idarə olunması göstərilir.

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR