Lənkəranda yol qəzasında iki nəfər xəsarət alıb

Lənkəranda yol qəzasında iki nəfər xəsarət alıb
# 24 sentyabr 2014 11:58 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Lənkəranda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə sentyabrın 24-də günorta saatlarında Lənkəran - Boradigah şosesinin rayonun Zövlə kəndindən keçən hissəsində qeydə alınıb. Sumqayıt şəhər sakini, 1974-cü il təvəllüdlü Rafiq Ağamir oğlu Ağayevin idarə etdiyi “VAZ-21099” markalı, 10 GH 599 dövlət nömrə nişanlı minik avtomobili Lənkəranın Zövlə kənd sakini, 1978-ci il təvəllüdlü Eldəniz Ağamir oğlu Kazımovun idarə etdiyi “VAZ-2106” markalı, 54 BF 161 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Güclü zərbədən hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib, həmçinin onların iki sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

İlkin versiya kimi qəzanın “VAZ-21099”-un sürət həddini aşması səbəbindən baş verdiyi ehtimal olunur. Hadisənin dəqiq səbəbləri avtoekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR