Lənkəranda heyvandarlıq kompleksində yanğını lokallaşdırmaq hələlik mümkün olmayıb - YENİLƏNİB - FOTO - VİDEO

Lənkəranda heyvandarlıq kompleksində yanğını lokallaşdırmaq hələlik mümkün olmayıb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 09 avqust 2015 15:54 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, ümumi sahəsi 2 min kv.m olan fermada yanğın ot tayasının saxlandığı anbardan başlayıb. Hadisə yerinə dərhal FHN-in Lənkəran, Astara və Masallı Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin ümumilikdə 5 yanğınsöndürən maşını və 50-dək canlı qüvvəsi cəlb edilib.

İlkin məlumata görə, ümumilikdə 90 tona yaxın quru ot yanaraq sıradan çıxıb.

Həmçinin qatı tüstü səbəbindən kompleksin quşçuluq təsərrüfatında xeyli sayda toyuq-cücə də boğularaq tələf olub.

Yanğının söndürülməsində iştirak edən FHN əməkdaşı Elxan Ramiz oğlu Quliyev tüstüdən zəhərlənib. Hadisə yerinə çağırılan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadası ona ilkin tibbi yardım göstərib. Daha sonra zərərçəkən Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyətinin normal olduğu bildirilir.

Yanğınla mübarizə davam etdirilir.

***

saat 14.24


Lənkəran. Ağəddin Babayev - APA. Avqustun 9-da saat 9.00 radələrində Lənkəran rayonunun Liman şəhəri ərazisində yerləşən heyvandarlıq kompleksində güclü yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından mühafizə Hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, yanğının söndürülməsi üçün hadisə yerinə Lənkərandan 3 və Masallıdan 1 yanğınsöndürən maşın, habelə canlı qüvvə göndərilib.

Yanğın baş verən və ümumi sahəsi 20 000 kv.m-dən çox olan kompleksin heyvandarlıqla yanaşı, quşçuluq istiqamətində də fəaliyyət göstərdiyi bildirilir.

Məlumata görə, yanğın nəticəsində xeyli sayda toyuq-cücə tələf olub, tonlarla ot bağlaması yarasız vəziyyətə düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR